Çində saxta qida məhsulları istehsal edən fabriklər ifşa edilib

Çinin Tiencin şəhərində məşhur markaların qida məhsullarının saxtasını istehsal etdikləri səbəbiylə ən az 50 fabrik ilə əlaqəli istintaq başladılıb.

653255
Çində saxta qida məhsulları istehsal edən fabriklər ifşa edilib

Çin Kommunist Partiyasının rəsmi media orqanlarından Qlobal Times qəzetinin xəbərinə görə, Tiencin bələdiyyəsinin başlatdığı istintaq nəticəsində fabriklərin yerli və beynəlxalq firmalar tərəfindən istehsal edilən sousların saxtasını istehsal etdikləri, bu yolla 145 milyon dollar gəlir əldə etdikləri müəyyən  edilib.

Tiencin şəhərinin Duliu qəsəbəsində ən az 50 fabrik, aralarında soya sousu və sirkənin olduğu 11 növ saxta qida maddəsi istehsal edib. Bu məhsulların istehsalında, xərçəng xəstəliyinə amil olan və Cin qida yoxlama orqanları tərəfindən qadağan edilmiş sənaye duz, həmçinin başqa fabriklərin istehsal etdikləri qida maddələri tullantıları və süni dadlandırıcılar istifadə edilib.

Çin Qida Dərman Nəzarət İdarəsinin məlumatına görə mövzuyla əlaqədar istintaq davam edir. Nəticələr ictimaiyyətlə bölüşüləcək.

 



Әlaqәli Xәbәrlәr