Dortmund şəhərində “Terror qarşı birlik” yürüşü keçirildi

Almaniyanın Dortmund şəhərində “Terrora qarşı birlik” yürüşü ilə terror aktlarına etiraz edilib.

651808
Dortmund şəhərində “Terror qarşı birlik” yürüşü keçirildi

Almaniyanın Dortmund şəhərində “Terrora qarşı birlik” yürüşü ilə terror aktlarına etiraz edilib.

Yürüşdə mindən artıq insan iştirak edib.

Şəhər mərkəzində yerləşən qatar stansiyasının qarşısından Türk bayraqları ilə yürüş başladan nümayişçilər terror aktlarını pisləyən şüarlar səsləndiriblər.

Nümayişçilər terror təşkilatlarına maliyyə dəstəyi verən Avropa ölkələrini də tənqid ediblər.

Qeyri-sabit hava şəraitinə baxmayaraq iki saata yaxın davam edən yürüşdə təhlükəsizlik qüvvələri geniş tədbirlər görüb.



Әlaqәli Xәbәrlәr