ABŞ senatorları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi təklif edirlər

Amerika Birləşmiş Ştatlarında bir qrup senator Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim etdi.

648568
ABŞ senatorları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi təklif edirlər

Amerika Birləşmiş Ştatlarında bir qrup senator Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim etdi.
 
 Senator Ben Cardinin verdiyi açıqlamaya görə, Rusiyaya qarşı yeni sanksiya cəhdləri ABŞ-dakı seçkilərə müdaxilə iddiaları ilə yanaşı, Ukrayna və Krımdakı vəziyyətlə bağlıdır.
 
 Sanksiyaların Rusiyanın enerji sektoru və dövlət borcuna olan sərmayələrini əhatə edəcəyi bildirilir.
 
 Senator Cardın: "ABŞ Konqresi prezident seçilən  Donald Trumpın mövqeyi nə olursa olsun, Rusiyanın Ukrayna və Suriyadakı fəaliyyətlərini dayandırmalıdır" ifadələrini işlətdi.
 
 "Reuters" xəbər agentliyi respublikaçı Senator John McCain, demokrat senatorlar Robert Menendez və  Ben Cardin tərəfindən hazırlanan qanun layihəsinin ABŞ-da dövlət və özəl infrastruktur və demokratik təsisatların kiber təhlükəsizliyini pozan əməllərə qarışan şəxslər və bu şəxslərə yardım edənlər üçün viza məhdudlaşdırılmasını və onların bank hesablarının dondurulmasını nəzərdə tutduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr