Trampın kürəkəni onun məsləhətçisi vəzifəsini tutacaq

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yeni Vaşinqton administrasiyasında böyük məsləhətçi vəzifəsini tutacaq.

648040
Trampın kürəkəni onun  məsləhətçisi  vəzifəsini tutacaq

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yeni Vaşinqton administrasiyasında böyük məsləhətçi vəzifəsini tutacaq.

Trampın özü bununla bağlı jurnalistlərin sualını cavablandırmayıb, yanvarın 11-də keçiriləcək mətbuat konfransını gözləməyi təklif edib.

Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır.

Məlumata görə, Cared Kuşner  35 yaşındadır.



Әlaqәli Xәbәrlәr