Sergey Şoyqu Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı vəzifələrini yerinə yetirdiyini bildirdi

Suriyadakı çətinlikləri və beynəlxalq koalisiyanın dəstəyinə ehtiyac hiss etdiklərini qeyd edən Şoyqu: "Bu vəziyyət oraya (Suriyaya) bir təyyarə gəmisi qrupu, əlavə hava qüvvələri və hərbi polis yerləşdirməyi tələb edir" dedi.

648335
Sergey Şoyqu Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı vəzifələrini yerinə yetirdiyini bildirdi

Rusiya müdafiə naziri Sergey Şoyqu Suriyadakı Rusiya Hərbi Hava Qüvvələrinin ötən il Rusiya prezidenti Vladimir Putin tərəfindən müəyyən edilən əsas vəzifələrini yerinə yetirdiklərini söylədi.
 
 Çətinlikləri və beynəlxalq koalisiyanın dəstəyinə ehtiyac hiss etdiklərini qeyd edən Şoyqu: "Bu vəziyyət oraya (Suriyaya) bir təyyarə gəmisi qrupu, əlavə hava qüvvələri və hərbi polis yerləşdirməyi tələb edir" dedi.
 
 Şoyqu Rusiyanın Suriyadakı terrorla mübarizə səylərinə dəstəyini "sıfır" olaraq dəyərləndirən Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Ashton Carterin "ölkələri qarışdırdığını" bildirdi.
 
 Şoyqu Carterin Rusiya ilə əlaqədar ifadələri barədə: " Məsləkdaşımın fikrinə şərik olmağım mümkün deyil" dedi.
 
 Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimov da Rusiya Hava Qüvvələrinin Suriyadakı terrorçu qruplara qarşı əməliyyata başladığı 2015-ci ilin sentyabr ayından etibarən DEAŞ-a  məxsus 174 neft istehsalı obyektinin məhv edildiyini açıqladı.
 
 Gerasimov DEAŞ-ın  əsas gəlir mənbəyindən da məhrum olduğunu vurğuladı.
 
 Rusiya təyyarələrinin əməliyyatın başladığı tarixdən bu günədək  terrorçu qruplara qarşı 71 min hava hücumu təşkil etdiyini qeyd edən Gerasimov  eyni zaman aralığında Suriyada 12 min 360 kvadrat kilometr uzunluğundakı sahənin terrorçu qrupların əlindən geri alındığını bildirdi.



Әlaqәli Xәbәrlәr