ABŞ PYD-ni NATO-nun sənədində terror təşkilatı kimi qəbul edib

ABŞ-ın Suriyada müttəfiq kimi gördüyü PYD-ni keçmişdə önəmli bir NATO sənədində rəsmi olaraq “terror təşkilatı” kimi qəbul etdiyi ortaya çıxıb.

647208
ABŞ PYD-ni NATO-nun sənədində terror təşkilatı kimi qəbul edib

ABŞ-ın Suriyada müttəfiq kimi gördüyü PYD-ni keçmişdə önəmli bir NATO sənədində rəsmi olaraq “terror təşkilatı” kimi qəbul etdiyi ortaya çıxıb.

NATO mənbələrindən əldə edilən məlumata əsasən, ABŞ və digər NATO üzvü ölkələrin iştirakı ilə 2013-cü ilin iyun ayında NATO-nun Qərargahının yerləşdiyi Belçikanın paytaxtı Brüsseldə NATO Strateji Kəşfiyyat Sənədlərinə dair fəaliyyət aparılıb.

Fəaliyyətlər nəticəsində ortaya çıxan sənəddə Türkiyənin təşəbbüsləri nəticəsində PYD/YPG də, KCK və PKK ilə yanaşı “bir terror təşkilatı” olaraq yer alıb.

ABŞ da bu sənədi qəbul edərək, rəsmi olaraq təsdiqləyib.

Sirr kimi gizlədilən NATO strateji kəşfiyyat sənədinə əsasən rəsmi Vaşinqton PYD/YPG-ni üç il yarımdır “terrorçu” kimi görür.  

Lakin təşkilata hər sahədə yardım etməkdən imtina etməyən ABŞ PYD/PKK-nın ən böyük silah tədarükçüsü olub.

Ekspertlərin dəyərləndirmələrinə görə, belə bir sənədi imzalayan ABŞ-ın bugün Suriyada PYD/YPG-yə müasir silah-sursat verməsi ciddi təhlükəsizlik problemidir.

Ekspertlər deyir ki, bu tablo göstərir ki, bugün qarşımızda vəziyyətə görə ortaya çıxan mənfəətlər uğrunda özünü danan bir ABŞ dayanır.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da NATO-ya bağlı Terrora qarşı Müdafiə Mükəmməliyyət Mərkəzinin illik jurnalında dərc olunan məqalədə PKK-PYD əlaqəsinin ortaya qoyulduğuna işarə etmişdi.



Әlaqәli Xәbәrlәr