ABŞ prezidenti Barak Obama hərbçilərlə vidalaşdı

Səlahiyyətləri başa çatmaqda olan dövlət başçısı Virciniya ştatında, Fort-Mayerdə hərbçilərlə bir araya gəlib.

644490
ABŞ prezidenti Barak Obama hərbçilərlə vidalaşdı

ABŞ prezidenti Barak Obama hərbçilərlə sonuncu dəfə görüşüb.

Səlahiyyətləri başa çatmaqda olan dövlət başçısı Virciniya ştatında, Fort-Mayerdə hərbçilərlə bir araya gəlib.

Bu görüşdə onu vitse-prezident Co Bayden, müdafiə naziri Eşton Karter və qərargah rəisi Cozef Danford müşayiət ediblər.

Hərbçilər qarşısında çıxış edən Obama bildirib ki, ABŞ əsgərləri üçün ən böyük məsuliyyət Amerika xalqının dəstəyini və inamını qazanmaqdır. "Xalqımızı qorumaq üçün gözünüzü qırpmayın, amma əsgərlərimizin canını təhlükəyə atmamaq üçün döyüşlərə girmək üçün tələsməyin" – deyə Obama tövsiyə edib.

Müdafiə naziri Karter Obamaya hərbçilər adından ölkəyə xidmətlərinə görə medal təqdim edib.



Әlaqәli Xәbәrlәr