Yeni baş katib xain terror hücumunu pisləyib

BMT-nin yeni baş katibi Antonio Quttereş ilk iş günündə yanvarın 1-də 39 nəfərin həlak olduğu 65 nəfərin yaralandığı xain terror aktını pisləyib.

643775
Yeni baş katib xain terror hücumunu pisləyib

BMT-nin yeni baş katibi Antonio Quttereş ilk iş günündə yanvarın 1-də 39 nəfərin həlak olduğu 65 nəfərin yaralandığı xain terror aktını pisləyib.

BMT-nin Qaçqınlar üzrə ali komissarı kimi işləyərkən Türkiyə ilə yaxın əlaqədə olduğunu və Türk xalqının comərdliyinə şahidlik etdiyini bildirən baş katib deyib ki, ən çox qaçqına ev sahibliyi edən Türk xalqı dəhşətli terror hücumunun qurbanı oldu.

Hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı diləyən Quttereş İstanbuldakı xain hücumu törədənlərin sürətli şəkildə məhkəmə qarşısına çıxarılmasına ümidini dilə gətirib.

Problemlərin qloballaşdığını və ölkə miqyasında həll edilə bilməyəcəyini ifadə edən Quterreş qlobal problemlərə ancaq qlobal həll yolları tapıla biləcəyini və BMT-nin müxtəlif vasitələrlə problemlərə yanaşmasının əsas təşkil etdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr