Bu gün BMT Təhlükəsizlik Şurasında Qazaxıstanın bayrağı asıldı

Qazaxıstan bu gündən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb.

644254
Bu gün BMT Təhlükəsizlik Şurasında Qazaxıstanın bayrağı asıldı

Qazaxıstan bu gündən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb. 

Bu gün BMT Təhlükəsizlik Şurasında Qazaxıstanın bayrağı asılıb, Təhlükəsizlik Şurasının zalındakı stola “Qazaxıstan” lövhəsi qoyulub. Bununla da Qazaxıstan Mərkəzi Asiya ölkələri sırasında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan ilk ölkə olub.

Qazaxıstan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, ölkə heyəti BMT Təhlükəsizlik Şurasının yeni dövrdəki ilk iclasında iştirak edib.

Heyətə başçılıq edən Barlıbay Sadıqov iclasda çıxış edərək deyib ki, Qazaxıstan müvəqqəti üzvlük dövründə ilk planda qabaqlayıcı diplomatiya, təhlükəsizlik tədbirlərinin artırılması, toqquşmaların qarşısının alınması və həll edilməsilə yanaşı beynəlxalq terrorla mübarizə mövzularına üstünlük verəcəkdir.

 Sadıqov həmçinin BMT-nin qurulmasının 100-cü ildönümü olan 2045-ci ilədək nüvə silahsız, müharibəsiz və toqquşmaların olmadığı bir dünya üçün ortaq səylərin daşıdığı əhəmiyyəti vurğulayıb.

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanovun gələcək həftə BMT Təhlükəsizlik Şurasının “Toqquşmaların qarşısının alınması və sülhün qorunması” mövzulu müzakirələrdə iştirakı planlaşdırılır.

Qeyd edək ki, Qazaxıstan BMT Baş Assambleyasının 28 iyun 2016-cı il tarixdə keçirilən iclasında BMT Təhlükəsizlik Şurasının 2017-2018-ci illər üçün qeyri-daimi üzvü seçilib. 



Әlaqәli Xәbәrlәr