Fransada orqan bağışlama ilə bağlı dəyişiklik

Fransa hökumətinin orqan bağışlama mövzusunda etdiyi dəyişiklik müxtəlif reaksiyaya səbəb olub.

642767
Fransada orqan bağışlama ilə bağlı dəyişiklik

   Keçən ay Fransa parlamentində qəbul edilən "Avtomatik orqan bağışlama" qanunu 2017-ci ildən başlayaraq həyata keçəcək. Qanuna görə, orqanlarını bağışlamaq istəməyənlər bu barədə rəsmi məlumat vermək məcburiyyətindədir.

  Yeni qanunda edilən digər dəyişiklik isə vətəndaşların orqan bağışlayarkən adamları seçmə və rədd etməsinə qarşıdır.

  Fransızların etirazına ölkənin Səhiyyə Nazirliyi səlahiyyətliləri “Yeni tənzimləmə orqan bağışlama işini asanlaşdıracaq” deyə bildirib.

  Qeyd edək ki, 2015-ci ilə qədər Fransada hər üç ailədən biri yaxınlarının orqanlarının bağışlamasına qarşı çıxırdı. Bu gün isə Fransa xalqının 86 faizi orqan bağışlamaya müsbət baxır.



Әlaqәli Xәbәrlәr