ABŞ və Rusiya arasında diplomatik gərginlik

Rəsmi Vaşinqton “prezident seçkilərində kiber hücum iddiaları” çərçivəsində Nyu-York və San Fransiskodakı 35 rus diplomatın 72 saat ərzində ölkəni tərk etməsini istəyib.

640557
ABŞ və Rusiya arasında diplomatik gərginlik

Rəsmi Vaşinqton “prezident seçkilərində kiber hücum iddiaları” çərçivəsində Nyu-York və San Fransiskodakı 35 rus diplomatın 72 saat ərzində ölkəni tərk etməsini istəyib.

Bu şəhərlərdəki Rusiyaya məxsus missiyalar da bağlanılır.

Ağ Ev “Rusiyanın ABŞ-da prezident seçkilərində kiber hücum vasitəsilə müdaxilə etdiyi” və “Rusiyadakı bəzi amerikalı diplomatların narahat edildiyi” iddiaları çərçivəsində Barak Obamanın Moskvaya qarşı sanksiya qərarlarını açıqlayıb.

Həmçinin seçkilərdə səslərə müdaxilə etdiklərinə görə Rusiyanın kəşfiyyat idarələrinə də sanksiya tətbiq ediləcək.

Mövzu haqqında açıqlama verən prezident Obama sanksiyaların Rusiyanın ölkəsinin mənfəətlərinə zərər verməyə yönəldilmiş təşəbbüslərinə qarşı cavab olduğunu söyləyib.

Obama bildirib ki, ABŞ müttəfiqləri beynəlxalq normalar və demokratiya idarəsini gözdən yayındıran Rusiyanın fəaliyyətlərinin əleyhinə olmaq üçün birgə cəhd göstərməlidir. Rusiyaya qarşı sanksiyalar davam etdiriləcəkdir.

Obama Rusiyanın seçkilərə müdaxilə etmə cəhdləri və kiber hücumlarla bağlı Konqresə hesabat təqdim ediləcəyini də söyləyib.

Sanksiyaların iki ölkə arasındakı əlaqələri pozduğunu bildirən Rusiya Xarici İşlər Nazirliyi isə bunun cavabsız qalmayacağını və cavabın nə olacağına dair qərarın Putin tərəfindən veriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr