İkinci “qara qutu” da Qara dənizindən çıxarıldı

Rusiyanın qəzaya uğramış “Tu-154” təyyarəsinin ikinci “qara qutu”su Qara dənizin dibindən çıxarılıb.

639515
İkinci “qara qutu” da Qara dənizindən çıxarıldı

Rusiyanın qəzaya uğramış “Tu-154” təyyarəsinin ikinci “qara qutu”su Qara dənizin dibindən çıxarılıb.

Qeyd edək ki, təyyarərədə üç “qara qutu” olub. Onların biri dekabrın 27-də çıxarılıb. Daha bir qutu hələ də aşkarlanmayıb.

Rusiya Müdafiə Nazirliyi qara qutunun dalğıçlar tərəfindən tapıldığını açıqlayıb. Qara qutu tədqiq edilmək üçün Moskvaya göndəriləcək.

Açıqlamada həmçinin axtarış fəaliyyətlərində indiyədək çıxarılan 17 cəsəddən 13-nün Moskvaya göndərildiyi bildirilib.

İndiyə qədər təyyarənin ana qara qutusu və təqribən 1500 hissəsi sudan çıxarılıb.

Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Suriya istiqamətində gedən Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub.



Әlaqәli Xәbәrlәr