B. Netanyahu ABŞ-ı  sәrt dillә tәnqid edib

BMT Təhlükəsizlik Şurasının İsrailin mәskunlaşma fәaliyyәti ilә bağlı qәbul etdiyi qәtnamәdәn sonra layihәnin lehinә sәs verәn ölkәlәrin İsraildәki sәfirlәri Xarici İşlәr Nazirliyinә çağırılıb.

637696

Qәbul olunan qәrara reaksiya göstәrәn İsrail sәfirlәrdәn mәlumat alıb.

İsrail baş naziri Binyamin Netanyahu  sәsvermәdә bitәrәf qalan ABŞ-ı da sәrt dillә tәnqid edib.

Binyamin Netanyahu bildirib ki: ‘‘ABŞ ilә aramızda mәskunlaşma siyasәti ilә bağlı fikir ayrılığı  olub. Bununla belə, biz əvvəllər razılaşmışıq ki, BMT Təhlükəsizlik Şurası bu məsələni həlli yeri deyil”. 

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatları isә ittihamları rәdd edib.

ABŞ-ın İsraildәki sәfiri Deniel Sapiro da Xarici İşlәr Nazirliyinә çağırılıb.

İsrail baş naziri  veto hüququndan istifadə etməyən ABŞ-ı  İsraili tək qoymaqla günahlandırır.

Etiketlәr: #İsrail , #ABŞ , #BMT

Әlaqәli Xәbәrlәr