Avrozona dağılır?

Avrozonanın dağılması barədə narahatlıqlar artıq açıq şəkildə dilə gətirilir.

635938
Avrozona dağılır?

Sentyabrın 13-də  Nobel  mükafatı laureatı, məşhur iqtisadçı Joseph Stiglitzin dilə gətirdiyi bu ehtimalı  Avronun yaradıcıları belə söyləməyə  başladılar.
 
 Avropa Mərkəzi Bankının il baş iqtisadçısı, Avronun memarlarından biri olan professor Otmar Issing  maliyyə böhranının bir yerdən digərinə keçdiyini bildirərək: "Sonda Avrozona dözməyəcək və dağılacaq" dedi.
 
 Keçən həftə Bundesbank İdarə Heyətinin sabiq üzvü Thilo Sarrazin də avronun hər an ləğv oluna biləcəyini söyləyib.
 
 Dünən də Almaniyanın maliyyə naziri Wolfgang Schauble Yunanistan mövzusu ilə bağlı verdiyi açıqlamada qaydalara riayət edilmədiyi təqdirdə Avrozonanın dağılacağını bildirdi.
 
 Maliyyə qurumları da eyni narahatlıqdan xəbər verirlər.

  Sentixin Avrozonanın Dağılma İndeksi sorğusunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 16.3%-i  Avrozonanın 12 ay ərzində dağılmasının mümkün ola biləcəyini düşünür.
 
 "Reuters"in anketində isə ən az bir və ya daha çox üzvün 2017-ci ildə avrodan imtina edəcəyini düşünənlərin nisbəti 70-75% səviyyəsindədir.
 
 AVROZONA DAĞILARSA NƏ OLAR?
 
 - Bankda hesabı olan bir çox insan pulunu böyük ölkələrə çəkəcəyi üçün valyuta çıxışı olan ölkənin sistemi böyük problemlə üzləşəcək;
 
 - Sadə vətəndaşdan tutmuş şirkətlərə qədər heç kimin kredit alma imkanı olmayacaq . Nağd pul problemi də dərhal özünü göstərəcək;
 
 - Dövlət bankları dəstəkləmək məcburiyyətində qalacağı üçün müflisləşmə təhlükəsi reallaşa bilər;
 
 - Yeni pul vahidi çıxarmaq məcburiyyətində qalan ölkələrdə 30-50% arasında devalvasiya olacaq;
 
 - İnflyasiya idxal ediləcəyi üçün dövlətlər hiper inflyasiya spiralına girəcək;
 
 - Cənubi Avropadakı bankların batması ilə birlikdə Şimali Avropaya bağlı olan banklar və şirkətlərdə də müflisləşəcək.



Әlaqәli Xәbәrlәr