ABŞ, Atlantik okeanı sahillərində neft axtarma fəaliyyətlərini dayandırıb

Amerika Birləşmiş Ştatları (ABŞ), qütb bölgələrdə və Atlantik okeanı sahillərində neft və təbii qaz axtarış-hasilat fəaliyyətlərinin naməlum müddətə dək dayandırıldığını bildirib.

634882
ABŞ, Atlantik okeanı sahillərində neft axtarma fəaliyyətlərini dayandırıb

Ağ Evdən verilən açıqlamada: “ABŞ-ın qütb bölgələrindəki Chukchi və Beaufort dənizlərinin böyük hissəsi və Atlantik okeanın sahillərindəki 31 sahədə neft və təbii qaz axtarış-hasilat fəaliyyətlərinə son qoyulub. Kanada Baş naziri Justin Trudeau da, Kanadanın qütb bölgələrinin böyük hissəsində neft və təbii qaz fəaliyyətlərini dayandırıb. Qütb bölgələrində ekologiyanı və təbii həyatı qorumaq məqsədiylə ABŞ-Kanada arasında müxtəlif sahələrdə əməkdaşlıq ediləcək və ortaq layihələr həyata keçiriləcək. iki ölkə qütblərdə ağır maye yanacaq istifadəsini də mərhələli olaraq ixtisar edəcək” deyilib.

İcmalçılar, ətraf mühitin qorunmasına dair güçlü siyasət izləyən Barak Obamanın, ABŞ-ın 1953-cü ildə qüvvəyə minən ‘Xarici Qitə dənizdibi əraziləri Aktından’ istifadə etdiyinə diqqəti çəkərək, ölkənin yeni seçilən prezidenti Donald Trumpun qərarı ləğv etməsinin çətin olduğu nəzərindən müdafiə ediblər.



Әlaqәli Xәbәrlәr