Ərəb Liqası Hələbə təşkil edilən hücumları pisləyib
Suriya böhranını müzakirə etmək məqsədi ilə yığıncaq keçirən Ərəb Liqası Bəşər Əsəd rejimi, tərəfdarları və terror təşkilatlarının Hələbə təşkil etdiyi hücumları pisləyib.
634397
Suriya böhranını müzakirə etmək məqsədi ilə yığıncaq keçirən Ərəb Liqası Bəşər Əsəd rejimi, tərəfdarları və terror təşkilatlarının Hələbə təşkil etdiyi hücumları pisləyib.
Ərəb Liqasının Misirin paytaxtı Qahirədəki qərargahında xarici işlər nazirləri səviyyəsində keçirilən və başda Hələb olmaqla Suriyadakı vəziyyətin müzakirə olunduğu növbədən kənar yığıncaqdan sonra yekun bəyannamə yayımlanıb.
Ərəb Liqasının Suriyanın müstəqilliyi və torpaq bütövlüyü barədəki asılılığının vurğulandığı bəyannamədə bildirilib ki, Suriya böhranı üçün yeganə həll yolu suriyalı bütün tərəflərin iştirak etdiyi, xalqın tələblərinə cavab verən siyasi həll yoludur.
Livanın imtina etdiyi bəyannama yığıncaqda iştirak edən 20 ölkə tərəfindən təsdiqlənib.