ABŞ-nın yeni prezidenti  Trump qələbə qazandı

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçicilər kollegiyasının səsverməsində qələbə qazanıb.

634015
ABŞ-nın yeni prezidenti  Trump qələbə qazandı

Associated Press agentliyinin   mǝlumatına  görǝ  kollegiyanın 538 üzvündən 304-ü səsini Trampa verib.

ABŞ qanunvericiliyinə uyğun olaraq, qələbə üçün seçicilər kollegiyasının 270 səsini qazanmaq kifayətdir.

Qeyd edək ki, seçicilər kollegiyası ştatların ümumxalq səsverməsində müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarətdir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var.

Qeyd edǝk  ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib. Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının təmsilçisi Hillari Klintonu məğlub edib.

 



Әlaqәli Xәbәrlәr