Liam Fox:"İngiltərə Türkiyə kimi Aİ-nin Gömrük İttifaqının üzvü olaraq yola davam edə bilər"

İngiltərənin beynəlxalq ticarət naziri Liam Fox ölkəsinin Avropa İttifaqından ayrıldıktan sonra Türkiyə modeli ilə irəliləyə biləcəyini  söylədi.

633072
Liam Fox:"İngiltərə Türkiyə kimi Aİ-nin Gömrük İttifaqının üzvü olaraq yola davam edə bilər"

İngiltərənin beynəlxalq ticarət naziri Liam Fox Türkiyə kimi Aİ-nin Gömrük İttifaqı üzvü olaraq yola davam edə biləcəklərini qeyd etdi.
 
 Fox BBC-yə "Brexit"lə əlaqədar verdiyi açıqlamada İngiltərənin Aİ üzvlüyündən çıxışını "mürəkkəb" kimi xarakterizə etdi.
 
 Liam Fox İngiltərənin Aİ-dən ayrılmasına rəğmən Gömrük İttifaqında qalması fikri ilə bağlı özünün azad ticarət tərəfdarı olduğunu bildirdi.
 
 İngilis nazir: " Fərqli variantları araşdırmaq istəyirik. Məsələn, Türkiyə. Türkiyənin bəzi hissələri Gömrük ittifaqındadır, bəzi hissələri isə deyil. Bütün məsələləri araşdırdıqdan sonra hökumət bu məsələdə ortaq fikrə gələcək" dedi.



Әlaqәli Xәbәrlәr