Çin donanması ABŞ-a aid insansız sualtı gəmini müsadirə etdi

Çin donanması  mübahisəli Cənubi Çin dənizində Amerika Birləşmiş Ştatlarına  aid insansız sualtı gəmini müsadirə etdi.

632248
Çin donanması ABŞ-a aid insansız sualtı gəmini müsadirə etdi

Pentaqon sözçüsü kapitan Jeff Davis Cənubi Çin dənizində sualtında elmi  məlumatlar toplayan ölkəsinə aid insansız sualtı gəminin Çin donanması tərəfindən müsadirə edildiyini açıqladı.
 
 Davis Pentagonda mətbuat nümayəndələrinə verdiyi açıqlamada hadisənin Cənubi Çin dənizində təhqiqat üçün olan amerikan donanmasının əsgərlərinin gözü qarşısında baş verdiyini bildirdi.
 
 ABŞ-ın rəsmi şikayətini qarşı tərəfə bildirdiyini deyən Davis gəminin qaytarılmasını tələb etdiklərini qeyd etdi.
 
 Pekin rəhbərliyi mübahisəli bölgədə yaratdığı süni adalar üzərində hava bazası və mülki obyektlər inşa edərək, bu sularda mövqeyini gücləndirməyə çalışır.
 
 ABŞ və region ölkələri Çinin bu bölgədəki iddialarına qarşıdır.



Әlaqәli Xәbәrlәr