Theresa May:"Hələbdə atəşkəsi təminata almaq üçün əlimizdən gələni etməliyik"

İngiltərənin baş naziri Theresa May Hələbdəki vətəndaşların təhlükəsizliyinin əldə olunması üçün atəşkəsin təminata alınmasının vacibliyini vurğuladı.

631306
Theresa May:"Hələbdə atəşkəsi təminata almaq üçün əlimizdən gələni etməliyik"

İngiltərənin baş naziri Theresa May Aİ liderlərinin Belçikada bu gün keçirilən toplantısında  müzakirə olunacaq əhəmiyyətli məsələlər arasında Suriyadakı vəziyyətin də olduğunu bildirərək, Hələbdə törədilən qətliamın səbəbkarlarından haqq-hesab soruşulmasının vacib olduğunu söylədi.
May:"Suriyada olanları şiddətlə qınamalıyıq. Atəşkəsi təminata almaq üçün əlimizdən gələni etməliyik ki, BMT Hələbdəki günahsız insanların təhlükəsizliyin təmin olunmasına kömək edə bilsin" deyə danışdı.
 
 Sammitdə müzakirə olunacaq mühüm məsələlərdən birinin də miqrasiya problemi olduğunu bildirən May: " Əvvəldən bəri söylədiyim kimi, avropalılar miqrasiyanın kökündəki səbəblərlə məşğul olmalıdır" dedi.
 
 May bu çərçivədə insan alveri şəbəkələrinin dağıdılması ilə miqrasiyasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, qeyri-qanuni yollarla Avropaya gələnlərin də  geri göndərilməli olduqlarını söylədi.
 
 



Әlaqәli Xәbәrlәr