Dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 100 illiyi

Dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub

630865
Dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 100 illiyi

Dekabrın 14-də Bakı şəhəri Heydər Əliyev Sarayında  ölməz korifey,dünya şöhrətli müğəni  Rəşid Behbudovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sənətkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.

Tədbir iştirakçıları sarayın foyesində sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Yubiley gecəsində çıxış edən  Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev sənətkarın ömür yolundan və Azərbaycan musiqisinin təbliğindəki xidmətlərindən danışıb.

Bildirilib ki, əsl müğənni və sənətkar ömrü yaşamış, yaradıcılığı ilə  görkəmli sənətkar və ictimai xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını musiqi mədəniyyəti tarixiiə əbədi həkk etmişdir.

İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.

Gecədə tanınmış musiqiçilər Rəşid Behbudovun repertuarından “Tələsin insanlar”, “Sevgilim”, “Alagöz”, “Bahar sənsiz”, “Əziz dost”, “Sənə də qalmaz”, “Gözəlim sənsən”, “Qızıl üzük” və digər mahnıları ifa ediblər.

mənbə:azertag.az


Etiketlәr: #Rəşid Behbudov

Әlaqәli Xәbәrlәr