UNİCEF 70-ci ildönümünü qeyd etdi

UNİCEF fəaliyyətinin 70-ci ildönümünü qeyd etdi.

630495
UNİCEF 70-ci ildönümünü qeyd etdi

 Yubiley mərasimində UNİCEF-in xoşməramlı səfirləri Ishmael Beah, David Beckham, Orlando Bloom, Jackie Chan, Angelique Kidjo, Femi Kuti və Priyanka Chopra iştirak etdilər. 8 və 16 yaşları arasında olan uşaqlardan ibarət musiqi qrupu John Lennonun məşhur  "Imagine" mahnısını ifa etdi. Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun  Koreyada keçən uşaqlığına xitabən söylədiyi nitqin audio yazısı səsləndirildi. Pan Gi Mun  nitqində Koreyadakı UNİCEF-dən ərzaq yardımı alan milyonlarla uşaqdan biri olduğunu və UNİCEF-in ona etdiyini digər uşaqlara etmək istədiyini bildirdi.



Әlaqәli Xәbәrlәr