Mahmud Abbas İsrail nümayəndə heyətini qəbul edib

Fələstinin  dövlәt başçısı  Mahmud Abbas  Ramallahda İsrәildәn gәlәn nümayəndə heyətini qəbul edib.

630074
Mahmud Abbas İsrail nümayəndə heyətini qəbul edib

Fələstinin dövlәt başçısı  Mahmud Abbas  Ramallahda İsrәildәn gәlәn nümayəndə heyətini qəbul edib.

Bu barәdә Fәlәstinin rәsmi xәbәr agentliyi VAFA mәlumat verib. Mәlumata görә, Mahmud Abbas prezident iqamәtgahında İsrailin sabiq nazirlәri ilә İsrail parlamenti Knessetin üzvlәrini qәbul edib.

Mәlumatda  M.Abbasın  görüş zamanı  son proseslәr vә Fransanın tәşkilatçılığı ilә Parisdә  keçirilәn beynәlxalq iclasda  göstәrilәn sәylәr barәdә danışdığı  bildirilib.

Mahmud Abbas  iclas mövzusundakı beynəlxalq dəstəyin və İsrail cəmiyyətində sülhü dəstəkləyənlərin əhəmiyyətinə toxunub.

M.Abbas hәmçinin  "iki dövlətli həll" prinsipinə əsaslanan sülhün dəstəklənməsinin gücləndirilməsi üçün İsrail cəmiyyətinin müxtəlif təbəqələri ilə dialoqun  davam etdirilməsinin vacibliyinə işarә edib.

İsrail nümayəndə heyəti də sülhü dəstəkləmək və "iki dövlətli həll" prinsipinə əsaslanan sülh ümidinin yenidən canlandırılması üçün səylәr  göstәrilmәsinin  əhəmiyyətinə diqqәti çәkib.



Әlaqәli Xәbәrlәr