Almaniyada 20 min gənc evsizdir

"Heute.de" xəbər portalına görə, ölkədəevsiz gənclərin sayının günü-gündən artması narahatlıq yaradır.

630224
Almaniyada 20 min gənc evsizdir

Almaniyada sosial xidmət işçiləri xüsusilə, Berlin, Hamburq, Dortmund və Köln kimi böyük şəhərlərdə evsiz gənc və yetkin sayının artdığını bildirirlər.
 
 Alman Gənclər İnstitutundan alınan məlumata görə də, təxminən 20 min gənc  insan bütün sosial sistemlərdən silinmiş görünür.
 
 "Off Road Kids" Fondundan Markus Seidel bu gənclərin sosial uçurum təhlükəsi ilə üz-üzə olduğunu deyir.
 
 Bu insanlar ya tanışlarının evlərində, ya da küçələrdə yaşayırlar.
 
 Ekspertlərə görə, bu problemin həll edilməsinin qarşısını kəsən idari problemlər aradan qaldırıla bilinmir.



Әlaqәli Xәbәrlәr