Təşkilata üzv ölkələr ilə kartelə üzv olmayan ölkələr arasında  görüş keçiriləcək

Dekabrın 10-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə kartelə üzv olmayan ölkələr arasında  görüş baş tutacaq.

627173
Təşkilata üzv ölkələr ilə kartelə üzv olmayan ölkələr arasında  görüş keçiriləcək

Dekabrın 10-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə kartelə üzv olmayan ölkələr arasında  görüş baş tutacaq.

Vyana iclasında Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək. Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Keçiriləcək görüşdə Qazaxıstan öz hasilatını ötən aydakı səviyyəsində “dondurmağı” təklif edə bilər.

Qazaxıstanın energetika naziri Kanat Bozumbayev açıqlama verərək deyib ki,  noyabrda rekord səviyyədə neft hasil etmişik. Hesab edirik ki, görüşdə Qazaxıstanın neft hasilatının noyabr ayındakı səviyyədə “dondurulması”nı təklif edə bilərikş

Qazaxıstan keçmiş Sovet İttifaqı ölkələri arasında Rusiyadan sonra ən böyük neft hasilatçısıdır. Noyabrın 27-nə olan rəsmi məlumatlara əsasən, Qazaxıstanın gündəlik neft istehsalının həcmi 234 min 500 min tondur.

Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC-ə üzv olmayan 14 ölkədən yalnız 5-i neft hasilatının həcminin azaldılmasını müzakirə etməyə razıdır. Həmin ölkələr Azərbaycan, Rusiya, Oman, Qazaxıstan və Meksikadır.

Bunu da xatırladaq ki, ötən ay OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq.



Әlaqәli Xәbәrlәr