Pakistanda qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar ortaya çıxdı

Pakistanda 47 nəfərin həyatını itirdiyi təyyarə qəzasına dair yeni məlumatlar əldə olundu.

626388
Pakistanda qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar ortaya çıxdı

Pakistanda 47 nəfərin həyatını itirdiyi təyyarə qəzasına dair yeni məlumatlar ortaya çıxdı.
 
 Pilotun təyyarə qalxdıqdan bir müddət sonra nəzarət qülləsi ilə əlaqə yaradaraq motorun nasaz olması  barədə məlumat verdiyi və yardım istədiyi müəyyənləşdirildi.
 
 Xatırladaq ki, Pakistan Beynəlxalq Hava Yollarına aid təyyarə Chitral şəhərindən paytaxt İslamabada uçurdu.
 
 ATR-42 tipli təyyarə İslamabada 75 kilometr məsafədəki Havelian şəhəri yaxınlığındakı bir kəndə düşüb.
 
 Şahidlərə görə təyyarə düşməzdən əvvəl alovlanıb.



Әlaqәli Xәbәrlәr