Suriyada uşaqlar humanitar yardımdan məhrumdur

Suriyada yarım milyona yaxın uşağa humanitar yardım çatdırıla bilmir.

625584
Suriyada uşaqlar humanitar yardımdan məhrumdur

Suriyada yarım milyona yaxın uşağa humanitar yardım çatdırıla bilmir.

Bu çərçivədə suriyalı uşaqların vəziyyətinə diqqət çəkmək üçün BMT-nin Uşaqlara Yardım Fondunun (YUNİCEF) Almaniya şöbəsi tərəfindən Berlində mətbuat konfransı təşkil edilib.

Suriyanın mühasirə altındakı 16 şəhərində uşaqların aylardır yardım ala bilmədiklərinə diqqət çəkən təşkilat toqquşmanın tərəflərini ‘təcili olaraq və bir daha’ uşaqları qorumağa çağırıb.

YUNİCEF tərəfindən verilən açıqlamada bildirilib ki, Hələbdəki toqquşmalar uşaqlara dərin təsir göstərir. Toqquşma mühitinin təhlükələri ilə yanaşı su, ərzaq və dərman tədarükündəki problemlər uşaqlar üçün hər gün risk təşkil edir. Təşkilat ev-eşiyindən didərgin olan minlərlə uşağın müdafiəsiz şəkildə şaxtalı hava şəraitində yaşadığını vurğulayıb.

Ancaq təşkilata görə sadəcə Hələbdə deyil, Suriyanın digər bölgələrində də atılan bombalar və mühasirəyə görə uşaqlar təhlükə altındadır.

6 milyon uşağın yardıma möhtac vəziyyətdə olduğunu açıqlayan təşkilat uşaqların vətəndaş müharibəsinin 6-cı qış aylarında da xəstəlik və soyuqla mübarizə apardığına diqqət çəkib.

Təşkilat xeyli sayda ailənin başqa ölkələrə sığındığını, yoxsullaşdığını, ərzaq, isinmə və qış paltarları kimi ehtiyaclarını ödəyə bilmədiyini açıqlayıb.

YUNİCEF-in məlumatına əsasən, cari il Suriyada məktəblərin hədəf götürüldüyü 84 hücumda 69 uşaq həyatını itirdi və xeyli sayda uşaq da yaralandı. Ölkədəki məktəblərin üçdə bir faizi bağlıdır. Mümkün qədər çox uşağın məktəbə gədə bilməsi üçün cəhd göstərilir.

 

Suriyada partnyor təşkilatlarla əməkdaşlıq edən təşkilat möhtac ailələrə ədyal, qış paltarları vs. yardım çatdırdığını açıqlayıb. Təşkilat bu il cəmi 700 min uşağın soyuqdan qorunmasını hədəf götürüb, ancaq rəsmilər bu hədəfə çatıla bilməsi üçün ianəyə ehtiyac olduğunu bildirib.  



Әlaqәli Xәbәrlәr