BMT-dən Rohinca xalqına qarşı zorakılığı dayandırmaq üçün tədbir görmək tələb olundu

Etiraz aksiyasında nümayişçilər  BMT-dən müsəlmanlara qarşı zülmün dayandırılmasını tələb etdilər.

625527
BMT-dən Rohinca xalqına qarşı zorakılığı dayandırmaq üçün tədbir görmək tələb olundu

Banqladeş Amerikan Cəmiyyəti Şurası Çhicagodakı Rohinca Mədəniyyət Mərkəzi, New Yorkdakı Dünya Rohinca Təşkilatı və Banqladeş Cəmiyyəti adlı təşkilatların rəhbərliyi altında həyata keçirilən aksiyada nümayişçilər  BMT-dən müsəlmanlara qarşı zülmün dayandırılmasını tələb etdilər.
 
 Rohinca xalqına qarşı zorakılığı dayandırmaq üçün BMT-nin təcili tədbir görməsini istəyən etirazçılar Rohinca xalqının Myanmada vətəndaşlıq alaraq şərəflə yaşamaq haqqına sahib olduğunu dilə gətirdilər.
 
 Amerikalıların da dəstək verdiyi aksiyada söz alanlar, Qərbin dəstəklədiyi Nobel Sülh Mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri  Aung San Suu Çiinin hərbi təzyiqdən çəkindiyini və kütləvi qırğınları dayandırmadığını və ordunu tənqid etmədiyini bildirdilər.
 
 Qərb ölkələrinin milli mənfəətləri üçün Myanmaya arxalarını çevirdiklərini bildirən natiqlər BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) kimi təşkilatları müsəlman ölkələri probleminin həlli üçün daha çox təşəbbüs göstərməyə çağırdılar.
 
 "Myanmada qətliamı dayandırın" və "Ədalət istəyirik" şüarları səsləndirən etirazçılar  üzərində "Myanmada rohincaların edam şəklində soyqırımına son qoyun", "Gəlin rohinca kütləvi qətliamını sona çatdırmaq üçün birlik olaq", "Myanmada müsəlman soyqırımına son", "Arakanda rohinca üçün təhlükəsiz bölgə istəyirik" və "Myanmarya sülh gücü istəyirik" yazılı plakatlar qaldırdılar.
 
 Ümumdünya Rohinca Təşkilatının Sədri Mohiuddin Mohamad Yusof Anadolu Xəbər Agentliyinin müxbirinə verdiyi müsahibədə müsəlmanların Myanma təhlükəsizlik qüvvələri tərəfindən məhkəməsiz edam üsulu ilə öldürülməsini lənətləmək üçün toplaşdıqlarını söylədi.
 
 Qeyd edək ki, Arakan əyalətində 2012-ci ildə buddistlərlə müsəlmanlar arasında çıxan zorakılıq hadisələrində çoxu müsəlman olmaqla, çox sayda insan həyatını itirib, yüzlərlə ev və iş yeri yandırılıb, minlərlə rohinca bölgəni tərk edib.
 



Әlaqәli Xәbәrlәr