İtaliya xalqı konstitusiya islahatlarına "yox" dedi

Ölkədə qeydiyyatda olan təqribən 47 milyon seçicinin 65%-i konstitusiyanın ücdə birinin dəyişdirilməsini nəzərdə tutan referendumda iştirak etdi.

623407
İtaliya xalqı konstitusiya islahatlarına "yox" dedi

İtaliyadakı tarixi ümumxalq səsverməsində senatın səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan konstitusiya islahatları rədd edildi.
 
 Ölkədə qeydiyyatda olan təqribən 47 milyon seçicinin 65%-i konstitusiyanın ücdə birinin dəyişdirilməsini nəzərdə tutan referendumda iştirak etdi.
 
 Xalqın səsverməsinə təqdim olunan  konstitusiya islahatları ilə iki palatalı qanunverici sistemlə idarə edilən ölkənin qanunvericilik strukturunda köklü dəyişikliklər hədəflənirdi.
 
 Qanunvericilik prosesində baş verən çıxılmaz vəziyyətlərin aradan qaldırılacağını bildirən İtaliya baş naziri Matteo Renzi xalqın "yox" cavabı ilə  böyük bir məğlubiyyətə uğradı.
 
 RAİ dövlət televiziyası kanalında islahat paketinin əleyhinə səs verənlərin 54% ilə 58% arasında olduğu açıqlandı.
 
Səsvermədə iştirak edənlərin 42-46%-i isə referendum islahatlarının lehinə səs veriblər. 
 
 Xalq səsverməsi eyni zamanda, hökumət üçün  "sınaq" xarakteri daşıyırdı.
 
 Baş nazir Matteo Renzi keçirdiyi iclasda istefa qərarını elan etdi.
 
"Yox" nəticəsindən sonra bütün məsuliyyəti üzərinə götürdüyünü qeyd edən  Renzi  bu gün prezidentə istefa ərizəsini təqdim edəcəyini bildirdi.
 



Әlaqәli Xәbәrlәr