Avstriyanın yeni prezidenti Yaşıllar Partiyası namizədi Aleksandr Van Der Bellen olub

Avstriyada ötən gün keçirilən prezident seçkilərində, geyri rəsmi nəticələrə görə Yaşıllar Partiyası namizədi Aleksandr Van Der Bellen qələbə qazanıb

623542
Avstriyanın yeni prezidenti Yaşıllar Partiyası namizədi Aleksandr Van Der Bellen olub

 Fəallığın 74% olduğu seçkidə ilk hesabatlara görə Van Der Bellenə seçicilərin 53,3%-i, onun rəqibi irqçi Avstriya Azadlıq Partiyasının namizədi Hoferə isə 46,7%-i səs verib. N.Hofer məğlubiyyətini etiraf edərək A. Van der Belleni qələbə münasibətiylə təbrik edib.

Van Der Bellen, geyri rəsmi seçki nəticələri açıqlandıqdan sonra Hofburg Sarayında təşkil etdiyi mətbuat konfransında, Avropa tərəfdaşı siyasət sərgiləyəcəyini, yaxşı münasibətlər yaradacağını, özünə səs verən və ya verməyən bütün xalqını qucaqlayacağını, ayrı-seçkiliyə yol vermiyəcəyini vurğulayıb.

Avropa İttifaqı tərəfdarı və qaçqınların lehinə açıqlamaları ilə diqqət çəkən Alexander Van Der Bellen, Müsəlman və immiqrantlara qarşı liberal fikirləri ilə də bilinir.

İrqçi Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer isə jurnalistlərə verdiyi açıqlamada xalqın qərarına hörmətlə yanaşdığını ifadə edərək, növbəti prezident seçkisində iştirak edəcəyini və qələbə uğrunda mübarizədən imtina etmiyəcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr