ABŞ-da hicablı iki qadına hücum

ABŞ-ın Nyu-York şəhərində baş verən iki ayrı hadisədə biri tələbə, digəri polis işçisi hicablı qadın şifahı hücuma məruz qalıb.

623583
ABŞ-da hicablı iki qadına hücum

ABŞ-ın Nyu-York şəhərində baş verən iki ayrı hadisədə biri tələbə, digəri polis işçisi hicablı qadın şifahı hücuma məruz qalıb.

“ABC”-də yer tutan xəbərə əsasən ilk hadisə Manhettında 6 nömrəli mətroda baş verib.

“Baruch College”də bir tədbirdən çıxan 18 yaşındakı ABŞ vətəndayı Yasmin Seweid metroda əyyaş 3 kişinin sözlərinə məruz qalıb.  

Metroda ona hicabına görə həqarət edildiyini söyləyən Seweid sərnişinlərdən heç kəsin ona dəstək olmadığını və hadisəyə layeyd yanaşdıqlarını söyləyib.

İslamafobik hücumların qorxusuz edilməsində  ölkənin yeni prezidenti seçilən Trampın dəstəyinin təsirli olduğunu dilə gətirən Seweid ona hücum zamanı təcavüzkarların davamlı adını çəkdikləri Trampın belə adamlara cəsarət verdiyini söyləyib.

Hadisə haqqında Nyu-York polisi nifrət cinayətləri şöbəsi istintaq başladıb.

Digər hadisə isə Nyu-Yorkun Broklin rayonunda baş verib.

“New York Daily News”in xəbərinə əsasən hicablı Aml Elsokary işdən qayıdarkən oğlu ilə avtomobil dayanacağında maşından düşərkən 30 yaşlarında ağdərili bir kişinin sözlərinə məruz qalıb. Forması və silahı üzərində olmayan qadın polis ilə oğluna bağıran adam oradan ayrılıb.

Nyu-York polisinin nifrət cinayətləri şöbəsi istintaq başladıb, qadın polis isə KİV-ə açıqlama verməkdən imtina edib.

Amerika-İslam Əlaqələri Şurası Nyu-York şöbəsi müsəlmanlara istiqamətli gedərək artan hücumları pisləyib.



Әlaqәli Xәbәrlәr