Baltimor şəhərində törədilən silahlı  hücumda 2 nəfər ölüb

ABŞ-ın Maryland əyalətinin Baltimor şəhərində naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

621180
Baltimor şəhərində törədilən silahlı  hücumda 2 nəfər ölüb

Əldə  edilən məlumata  görə   insident ticarət obyektinin qarşısında baş verib. Bir nəfər hadisə yerində, digəri isə xəstəxanada ölüb.

Yaralananlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Qeyd edək ki, sentyabrda Baltimorda atışma nəticəsində, biri üçyaşlı uşaq  olmaqla 8 nəfər yaralanmışdı.

 

 



Әlaqәli Xәbәrlәr