“Xalq zalım bir diktatorun ölümünə şahid oldu”, D.Tramp

Amerika Birləşmiş Ştatları prezidenti seçilən Donald Tramp həyatını itirən Kuba inqilabının lideri və əski dövlət başçısı Fidel Kastro üçün sərt ifadələr işlətdi.

618316
“Xalq zalım bir diktatorun ölümünə şahid oldu”, D.Tramp

  “Twitter” hesabından "Fidel Kastro öldü" cümləsini paylaşan Tramp bu paylaşmadan 3-4 saat sonra yazılı şərh verərək deyib: “Bu gün dünya öz xalqına təxminən 60 ilə yaxın təzyiq tətbiq etmiş zalım bir diktatorun ölümünə şahid oldu. Bu günün Kuba xalqının layiq olduğu azadlığa qovuşacağı bir gün olmasını diləyirəm."

  Sonra Tramp prezidentliyi dövründə kubalıların rifah və azadlığa qovuşması üçün hər cür səyi göstərəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr