Seul tarixinin ən böyük etiraz nümayişləri içindədir

Dövlət başçısı Park Qen He (Park Geun-Hye) əleyhdarı yüz minlərlə adam Seul küçələrinə düşüb, onun və hökumətin istefasını tələb edir. Nümayişlər niyə baş verdi?

618320
Seul tarixinin ən böyük etiraz nümayişləri içindədir

  Cənubi Koreyanın paytaxtı Seul tarixinin ən böyük etiraz nümayişlərinə səhnə olub.

  Dövlət başçısı Park Qen He (Park Geun-Hye) əleyhdarı yüz minlərlə adam Seul küçələrinə düşüb, onun və hökumətin istefasını tələb edir.

  Nümayişlər niyə baş verdi? Prezident Parkın köhnə dostu Çoi Sun Silinin  rəsmi vəzifəsi olmadığına baxmayaraq əhəmiyyətli dövlət işlərinə müdaxilə etdiyi ortaya çıxıb. İddialara görə, həbs olunan Çoi Sun Sili bəzi dövlət adamlarını və sirlərini bildiyi üçün ölkə başçısı Parkla əlaqəsindən istifadə edərək iş adamlarını bəzi qurumlara qoydurub. Bu vasitəylə təxminən 9 milyon dollar əldə edib.

  Park Qen He səhvini etiraf edərək xalqdan üzr istəyib. Amma bu üzr xalqın qəzəbini sakitləşdirə bilməyib. Müxalifətin dəstəklədiyi nümayişlər 5 həftədir hər şənbə günü təşkil edilir.



Әlaqәli Xәbәrlәr