Məşhur fotoqrafçı evində ölü tapıldı

Fransız polisi 83 yaşlı tanınmış fotoqrafın intihar etdiyi ehtimalını bildirib.

618105
Məşhur fotoqrafçı evində ölü tapıldı

  İngiltərənin məşhur fotoqrafı Devid Hamilton (David Hamilton) Fransanın paytaxtı Parisdəki evində ölüb.

  Fransız polisi 83 yaşlı tanınmış fotoqrafın intihar etdiyi ehtimalını bildirib.

  “Europe-1” radio kanalı da məlumat verib ki, “Hamiltonın evinə gələn səhiyyə qrupları cəsədin yanında intihar üçün istifadə edildiyi sanılan çox sayda dərman olduğunu deyib”.

  Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.

  Qeyd edək ki, Devid Hamilton, xüsusilə, moda jurnalları üçün çəkdiyi fotoşəkillərlə tanınırdı. Bundan başqa, o həm də rejissorluq edirdi.



Әlaqәli Xәbәrlәr