Böyük endirim dəliliyi

Amerika Birləşmiş Ştatlarında “Qara cümə” adlanan alver-veriş dəliliyi başladı, amma ...

618094
Böyük endirim dəliliyi

  Hər il Şükür günündən sonrakı cümədən başlayan ”Qara cümə” günü mağazalar böyük güzəştlər edir və amerikalılar bu böyük endirimlərdən faydalanmaq üçün mağazalara axın edir.

  Amma “Qara cümə” bu il qanlı cüməyə çevrildi.

  Nyu Cersi (New Jersey) əyalətindəki bir ticarət mərkəzində bir avtomobil silahlı hücuma uğradı, içindəki adam həlak oldu. Nevadadakı alver tıxacında maşın saxlamaq üstündə gedən mübahisə bir adamın vurularaq öldürülməsiylə nəticələndi. Başqa şəhərlərdə endirimli fürsətlərdən yararlanmaq istəyən adamlarla istehlakçılar arasında mübahisələr yaşandı.

  Çikaqo Amerikalıları, əksinə, bu ənənəvi istehlak dəliliyinə etiraz bildirmək üçün nümayişə çıxdııar. Fəallar boykot çağırışı edərək məşhur markalara aid mağazaların qarşısında insan zənciri meydana gətirdilər.

  Polislə nümayişçilər arasında gərgin anlar yaşandı, bir çox adam nəzarətə alındı.



Әlaqәli Xәbәrlәr