ABŞ İrana 20 milyard dollarlıq ticarət təyyarəsinin satışına icazə verdi

Amerika Birləşmiş Ştatları İrana 20 milyard dollarlıq ticarət təyyarəsini satışına icazə verdi.

615858
ABŞ İrana 20 milyard dollarlıq ticarət təyyarəsinin satışına icazə verdi

 Mərkəzi Fransada olan təyyarə istehsalçısı "Airbus" firmasının verdiyi açıqlamada ABŞ Xəzinə Nazirliyi Xarici Kapitala Nəzarət Ofisinin (OFAC)  şirkətin "İran Air"ə təxminən 20 milyard dollar dəyərində təyyarə satışını təmin edəcək lisenziyanı təsdiq etdiyi qeyd olunur.
 
 Açıqlamada: "OFAC-dan 2016-cı  ilin yanvar ayında Parisdə imzalanan müqavilə əsasında  ikinci lisenziyamızı aldığımızı təsdiq edirik. Bu lisenziya "İran Air" ilə satış müqaviləsinin nəticələnməsi üçün müzakirələrimizi davam etdirməyimizə imkan verəcək" ifadələrinə yer verilir.
 
 Qeyd edək ki, "Airbus" və "İran Air" İran ilə P5+1 ölkələrinin imzaladığı nüvə müqaviləsinin yanvar ayında qüvvəyə minməsindən sonra 118 təyyarə ilə bağlı razılıq əldə ediblər.
 
 OFAC "Airbus"ın İrana 17 təyyarə satışı ilə bağlı lisenziyasını isə sentyabr ayının sonlarında təsdiq edib.
 
 Firma təyyarələrinin 10%-ni  ABŞ-da istehsal etdiyi üçün Washingtonun razılığı olmada İrana mal sata bilmir.
 
 ABŞ hökuməti İrana aid iqtisadi investisiyaları 2015-ci ilin iyulunda imzalanan nüvə müqaviləsi çərçivəsində artırmağa başlayıb.
 
 "İran Air" bu sayədə, ABŞ-nın təyyarə istehsalçısı "Boeing" ilə iyiun ayında 737 və 777 seriyalı sərnişin təyyarələri ilə bağlı müqavilə imzalayıb.
 
 Digər tərəfdən, keçən həftə ABŞ Nümayəndələr Palatası İrana ticarət təyyarəsi satışını qadağan edən layihə qəbul edib.
 
 Layihədə daha əvvəllər verilən satış icazələrinin qanunsuz olmasına dair bir maddənin olması "Airbus"a verilən satış icazəsinin ləğv edilməsi ehtimalını doğurur.



Әlaqәli Xәbәrlәr