Quş qripi epidemiyası yayılır

H5N8 virusu olaraq da bilinən quş qripi, Almaniyada yayılır.

615524
Quş qripi epidemiyası yayılır

Ölkədə 11 əyalətdə qanadlı heyvanlarda quş qripi virusuna rast gəlindiyi, epidemiyaya Mecklenburg-Vorpormmern və Schleswig-Holstein əyalətlərindəki heyvanların da yoluxduğu bildirilib.

Virusun çox sürətli yayıldığı ölkǝdǝ ev heyvanı yetişdirən kiçik miqyaslı kənd təsərrüfatı müəssisələrinin də təhlükəsizlik tədbirlər hǝyata keçirmǝlǝri zəruri hala alıb. Tǝdbirlǝr çǝrçivǝsindǝ Səlahiyyətli olmayanların heyvanlara yaxınlaşmaları qadağan edilib. Mǝsul şǝxslǝrdǝn qoruyucu paltar geyməsi, əllərini və çǝkmǝlǝrini dezinfeksiya etmələri istinilib.

Noyabrın ǝvvǝlindǝn bǝri 7 müəssisədə rast gəlinən virusun heyvanlara, ördək kimi suda yaşayan qanatlılardan yoluxduğu aşkarlanıb.

Virusun, çöl quşları, viruslu yem və su, ya da  çirklənmiş alətlər, vasitələr ya da geyimlərlǝ yoluxa bilǝcǝyinǝ diqqǝt çǝkilir.



Әlaqәli Xәbәrlәr