2020-ci ildən etibarən Avropaya gedənlər online müraciət forması dolduracaqlar

Avropa İttifaqı Komissiyası Avropaya vizasız səyahət edənlərə internet vasitəsilə müraciəti nəzərdə tutan "Səyahət İnformasiya və İcazə Sistemi" adlı yeni bir layihəni qəbul etdi.

612205

 Layihəyə görə, Amerika Birləşmiş Ştatları kimi sərbəst viza rejiminin tətbiq olunduğu ölkələrdən Avropaya gedənlər 2020-ci ildən etibarən online müraciət forması dolduracaqlar.
 
 Şəxsiyyət məlumatları, səyahət sənədləri, yaşayış yeri kimi sualların cavablandırıldığı forma ilə Schengen ölkələrinə giriş icazəsi üçün müraciət ediləcək.
 
 Formada səfər etmək üçün müraciət edənlərdə yoluxucu xəstəliklərin olub -olmadığı, onların təhsili və ixtisasları , daha əvvəl cəza alıb- almadıqları, döyüş bölgələrində olub -olmadıqları barədə suallar da vardır.
 
 Hər müraciət üçün 5 Avro ödənəcək.
 
 Layihənin qüvvəyə minməsi üçün onun Aİ ölkələri və Avropa Parlamenti tərəfindən təsdiq olunması lazımdır.
 
Avropa İttifaqı Komissiyasının rəsmiləri layihənin  potensial terrorçuların və ya turist kimi Aİ ölkələrinə gələrək sığınma üçün müraciət etmə hallarının qarşısının alınması məqsədi ilə bağlı olduğunu bildirirlər.

Hazırda 50-dən çox ölkə vətəndaşı Schengen ölkələrinə viza almadan pasportla daxil ola bilirlər.

Әlaqәli Xәbәrlәr