Vladimir Putin ilə Donald Trump arasında telefon danışığı oldu

Rusiya prezidenti Vladimir Putin  Amerika Birləşmiş Ştatlarının  45-ci prezidenti seçilən Donald Trumpla telefonla danışdı.

610648
Vladimir Putin ilə Donald Trump arasında telefon danışığı oldu

  Telefon görüşündə Putin prezident seçkilərindəki qələbəsinə görə Trumpı təbrik edərək, ABŞ-ın yeni rəhbərliyi ilə dialoq qurmağa hazır olduğunu dilə gətirib.
 
 Putin və Trump iki ölkə arasındakı münasibətlərinin qənaətbəxş səviyyədə olmadığına diqqət çəkərək iqtisadi əməkdaşlığı inkişaf etdirməyin əhəmiyyətini qeyd ediblər.
 
 Suriya böhranını da dəyərləndirən liderlər "bir nömrəli ümumi düşmən olan beynəlxalq terrorizmlə mübarizədə" əməkdaşlıq edilməsi məsələsində ortaq fikir bəyan ediblər.
 
 Kremldən verilən məlumatda Putin və Trumpın  telefon görüşlərini  davam etdirmək və gələcəkdə təkbətək görüş keçirmə məsələsində razılıq əldə etdikləri bildirilir.



Әlaqәli Xәbәrlәr