Brüsseldə Avropa İttifaqı xarici işlər və müdafiə nazirlərinin toplantısı oldu

Avropa İttifaqı xarici işlər və müdafiə nazirləri Avropanın yeni təhlükəsizlik strategiyası barədə müzakirələr aparmaq üçün Belçikanın paytaxtı Brüsseldə toplantı keçirdilər.

610754
Brüsseldə Avropa İttifaqı xarici işlər və müdafiə nazirlərinin toplantısı oldu

Avropa İttifaqı xarici işlər və müdafiə nazirləri Avropanın yeni təhlükəsizlik strategiyası barədə müzakirələr aparmaq üçün Belçikanın paytaxtı Brüsseldə toplantı keçirdilər.
 
Toplantının sonunda Aİ üzvü olan ölkələr  müdafiə əməkdaşlığının artırılması məsələsində razılıq əldə etdilər.
 
 Avropa İttifaqının  Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Frederica Mogherini yeni müdafiə planını müdafiə etdi.
 
 Müdafiə planının Aİ-nin xarici münaqişələrə daha operativ cavab verməsini təmin edəcəyini deyən Mogherini planın NATO-ya zərər verəcəyi iddialarını rədd etdi.
 
 Güclü ordusu olan İngiltərə isə plana qarşı çıxdı.
 
"Brexit"-dən sonra Fransa və Almaniya da müdafiə əməkdaşlığının artırılması məsələsində israrlıdırlar.
 
 Toplantının yekun bəyanatında Avropa İttifaqına aid ordu qərargahından bəhs edilmədi, lakin xarici siyasətdə mülki və hərbi tədbirlər arasında koordinasiyanın təmin edilməsi üçün daimi bir sistemin inkişaf etdirilməsi tələb olundu.
 
 Aİ xarici işlər nazirlərinin toplantısında Türkiyə ilə münasibətlər məsələsi də gündəmə gəldi.
 
 Avstriya istisna olmaqla bütün ölkələr Türkiyənin Aİ-yə üzvlük məsələsinə dair müzakirələrin davam etdirilməsinin lazım olduğunu bildirdilər.

Toplantıdan sonra danışan Mogherini Türkiyə məsələsində ortaq bir mövqenin əldə olunmasından razı qaldıqlarını söylədi.
 
 Almaniya, Fransa və İngiltərə də üzvlük müzakirələrinin davam etdirilməsinə tərəfdardırlar.
 
 Bu ölkələr müzakirələri dayandırmağın faydadan çox zərər gətirəcəyini bildirdilər.
 
 Qeyri-rəsmi formatda keçirilən toplantıda yekun qərar qəbul olunmadı.
 
 Aİ -Türkiyə münasibətlərinin gələcəyinə dair konkret qərarın gələn ay  Xarici Əlaqələr Şurasının iclasənda qəbul olunması nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr