Şi Cinping ilə Donald Trump arasında telefon danışığı oldu

Çin Xalq Respublikasının dövlət başçısı Şi Cinping ilə Amerika Birləşmiş Ştatlarının prezidenti seçilən Donald Trump arasında telefon danışığı oldu.

610132
Şi Cinping ilə Donald Trump arasında telefon danışığı oldu

  Çin Mərkəzi Dövlət Televiziyasında (CCTV) yayımlanan xəbərə görə, Şi telefon görüşündə Çin-ABŞ münasibətlərində yeganə doğru variantın əməkdaşlıq olduğuna işarə edib.
 
 Şiqlobal iqtisadiyyatın böyüməsinin təşviq edilməsi və tərəflər arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayıb.
 
 Trump Çin-ABŞ münasibətlərinin "qarşılıqlı faydalanma" prinsipi çərçivəsində irəliləyə biləcəyini qeyd edib.
 
Liderlər  taraflararası məsələlərdə fikir mübadiləsi, yaxın zamanda görüşmə və ünsiyyəti davam etdirmə mövzularında razılıq əldə ediblər.
 
 İki ölkə arasındakı problemlərdən irəli gələn gərginliyi aradan qaldırmaq istəyən Pekin rəhbərliyi ABŞ ilə əlaqələrdə yeni bir səhifə açmaq niyyətindədir.



Әlaqәli Xәbәrlәr