Netanyahu və Trump yaxın zamanda görüşməyə qərar veriblər

İsrailın baş naziri Binyamin Netanyahu  Amerika Birləşmiş Ştatlarının prezidenti seçilən Donald Trump ilə yaxın zamanlarda görüşməyə qərar verdiklərini bildirib.

609793
Netanyahu və Trump yaxın zamanda  görüşməyə qərar veriblər

 Bu barədə İsrail Prezident  Aparatının mətbuat ofisindən verilən yazılı açıqlamada bildirilir.

Açıqlamada Netanyahunun: " ABŞ prezidenti seçilən Trump və mən yaxında bir araya gələrək İsrail və ABŞ-ın gündəmində olan bütün mühüm məsələləri müzakirə etməyə qərar verdik. İsrailin nazirləri, nazir müavinləri və millət vəkillərindən Trumpa mətbuat vasitəsilə ismarıclar yollamağa son qoyaraq, uyğun kanallar vasitəsilə qarşılıqlı siyasətin həyata keçirilməsinə imkan vermələrini tələb edirəm" sözləri əks olunur.
 
 Ötən həftə Trump ilə  telefonla danışdığını xatırladan Netanyahu telefon görüşündə Trumpın İsrail ilə olan "dərin dostluğunu" ifadə etdiyini və bu münasibətin yalnız Trumpa deyil, qrupuna da aid olduğunu qeyd edib.
 
 Netanyahu Trump ilə  harada və nə zaman görüşəcəyinə dair məlumat verməyib.



Әlaqәli Xәbәrlәr