ABŞ-da prezidentlik seçkilərində bülletenlərin həsablanması prosesi davam edir

Seçicilər Kollegiyasının 538 nümayəndəsindən 270-ni qazanan prezident seçiləcək.

606583
ABŞ-da prezidentlik seçkilərində bülletenlərin həsablanması prosesi davam edir

ABŞ-da prezidentlik seçkilərində bülletenlərin həsablanması prosesi davam edir.

Respublikaçılar Partiyasından namizəd Donald Tramp liderdir. O, səslərin 49,9 faizini, Demokratlar Partiyasından namizəd Hillari Klinton isə 46,2 faizini toplayıb.

Seçicilər Kollegiyasının 538 nümayəndəsindən 270-ni qazanan prezident seçiləcək.

Ölkə miqyasında  Tramp 32 milyon, Klinton isə 30 milyon yarım səs toplayıb.

31 ştatdan 19-da Tramp, 12-də Klinton üstünlük əldə edib.

Bu arada Şimali Karolina ştatında müxtəlif mərkəzlərdə bilgisayar sistemində yaranan problemə görə səsvermə müddəti uzadılıb.

Ölkə mətbuatı seçki nəticələrinin ölkədə xüsusilə Klinton cəbhəsində böyük təəccüblə qarşılandığını bildirib.

Mətbuatda seçkidən əvvəl 85 faiz ehtimalla Klintonun qələbə qazanacağı nəzərə alınırdı.

Seçkidə Senat və Nümayəndələr Palatasının bir hissəsi də müəyyən oalacaq.

Nümayəndələr Palatasında Respublikaçıların üstünlüyü gözlənilir.

Senatda isə 6 ildir üstünlüyü əldə tutan Respublikaçıların bu seçkidə yenə üstünlüyünü qoruyacağı bildirilir.



Әlaqәli Xәbәrlәr