PKK tərəfdarları Avropada terror əsdirdi

PKK tərəfdarları İngiltərənin paytaxtı Londonda ötən gün keçirdikləri yürüşdə 2 türk vətəndaşına hücum etdi.

606297
PKK tərəfdarları Avropada terror əsdirdi
pkk yandaşları avrupa'da terör estiriyor.jpg

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərindən bəziləri ifadə vermələri üçün məhkəməyə çağırılmışdı. Ancaq onlar bu çağırışlara mənfi cavab verdiklərinə görə saxlanıldılar. Avropadakı PKK tərəfdarları isə bunu bəhanə gətirərək terror əsdirdi.

PKK tərəfdarları İngiltərənin paytaxtı Londonda ötən gün keçirdikləri yürüşdə 2 türk vətəndaşına hücum etdi.

İngiltərədə təhsil alan tələbə Ceylan Nas nişanlısı ilə ona hücum edənlərlə əlaqəli olaraq ingilis polisinə etdikləri şikayətin qəbul edilmədiyini söyləyib.

Terror təşkilatı PKK tərəfdarları cümə günü də Türkiyənin London Səfirliyi qabağında keçirdikləri etiraz nümayişində səfirliyə daş və yumurtalarla hücum etmişdi. Hadisə zamanı başına dəyən obyektə görə bir ingilis polis əməkdaşı da yüngül yaralanmışdı.

Türkiyənin Paris Səfirliyi isə cümə axşamı gecəsi PKK tərəfdarı bir qrupun  molotov kokteyli ilə hücumuna məruz qaldı. Hücum səfirliyin binasında xəsarətə səbəb oldu.

Şənbəni bazara bağlayan gecədə isə Türkiyənin Nantes Baş konsulluğuna molotov kokteyli atıldı.

Almaniyada Türkiyənin Frankfurt Baş konsulluğu qabağında nümayiş keçirən terror təşkilatı tərəfdarları ilə polis arasında çaxnaşma yarandı.  

Alman polisi hadisə yaratmaq istəyən PKK tərəfdarlarına sərt müdaxilə etdi.

Hannover şəhərində isə baş konsulluq əməkdaşlarına məxsus diplomatik nömrəli maşına od vuruldu. Şəhər polisi hadisə haqqında istintaq başlatdı.

Avstriyanın Vorarlberg əyalətinə bağlı Rankweil/Kunert bölgəsində isə Din İşləri üzrə İdarə tərkibində fəaliyyət aparan Avstriya-Türk İslam Birliyinə məxsus məscidə hücum edildi.

Avropalı Türk Demokratlar Birliyinin İsveçin Göteborq şəhərindəki şöbəsinin açılışı üçün planlaşdırılan mərasimdə də PKK tərəfdaşlarının ölüm təhdidinə görə ləğv edildi.



Әlaqәli Xәbәrlәr