ABŞ-da prezident seçkilərinin final günü

Demokrat Partiyasından prezidentliyə namizəd Hillary Clinton ilə Cümhuriyyətçi Partiyanın namizədi Donald Trump arasındakı yarış artıq başa çatır.

605871
ABŞ-da prezident seçkilərinin final günü

Demokrat Partiyasından prezidentliyə namizəd Hillary Clinton ilə Cümhuriyyətçi Partiyanın namizədi Donald Trump arasındakı yarış artıq başa çatır. İki namizəd də son ana qədər seçki kampaniyalarını davam etdirdi. İkisi də seçicilərin səsini qazamaq üçün əlindən gələni etdi.

Florida, Kaliforniya və Texas kimi səs nisbəti yüksək olan ştatlardakı seçicilər nəticəyə öz təsirin göstərəcək. “Bu ştatlarda qələbə qazanan seçkinin də qalibi olar” fikri hakimdir.

Hillary Clintonun seçki kampaniyası müddətində narahatlıq doğuran mövzu elektron poçtu oldu. Dövlət katibi vəzifəsi müddətində rəsmi yazılarını öz elektron poçt ünvanından yazaraq həssas məlumatların qorunmasında diqqətsiz rəftar etməkdə günahlandırıldı.

FBI prezidenti James Comey Konqresə verdiyi açıqlamada aparılan araşdırmalardan sonra Clinton ilə bağlı verilən qərarda bir dəyişiklik olmadığını, Demokratlar Partiyasının namizədinə hər hansı bir ittiham verilmədiyini bildirdi. Bu da demokratlarda ruh yüksəkliyinə səbəb oldu.

Həm demokratlar həm cümhuriyyətçilər seçkidə qələbə qazanacaqlarına inanır.

Qeyd edək ki, bu seçkilərdə prezidentlə yanaşı 100 üzvü olan Senatın üçdə bir hissəsi (yəni 34), 435 üzvlü Nümayəndələr Palatası isə tamamilə yenilənəcək.



Әlaqәli Xәbәrlәr