Nigeriyada "Boko Haram"dan qaçaraq düşərgəyə sığınan qadın və uşaqlar təcavüzə məruz qalırlar

Nigeriyada Boko Haram vəhşiliyindən qaçmağı bacarıb ölkənin şimalındakı düşərgəyə sığınan qadın və uşaqların, buradakı rəsmilər tərəfindən təcavüzə məruz qaldığı irəli sürüldü.

603826
Nigeriyada "Boko Haram"dan qaçaraq düşərgəyə sığınan qadın və uşaqlar təcavüzə məruz qalırlar


  Human Rights Watch təşkilatı "Boko Haram"dan qaçaraq Maiduguridəki düşərgədə qalmağa başlayanların düşərgə liderləri, polis və əsgərlər tərəfindən cinsi istismara məruz qaldığını müəyyən etdi..
 
 Qadınların böyük bir qisminin hamilə qaldıqdan sonra tərk edildikləri bildirilir.
 
 CNN-nin verdiyi xəbərə görə, məsələ ilə bağlı bəyanat yayan Nigeriya prezidenti Muhammadu Buxari bu iddialardan şok olduğunu və narahatlıq keçirdiyini dilə gətirib. 
 Buxari  hadisə ilə bağlı istintaqın başlanması üçün göstəriş verdiyini ifadə edib.
 
 Human Rights Watch təşkilatının dərc etdirdiyi hesabata görə, 43 qadından 8-i  Boko Haram tərəfindən qaçırılaraq zorla evləndirildikdən sonra Maiduguridəki düşərgəyə qaça biliblər.
 
 4 qadın düşərgədə təcavüzə məruz qalmazdan əvvəl onlara dərman verildiyini bildiriblər.
 
 Hesabatda qurbanlardan 37-nin evlilik, maddi dəstək və hətta qida vədləri ilə cinsi əlaqəyə məcbur edildikləri barədə məlumatlar var.



Әlaqәli Xәbәrlәr