Almaniyada yaşayan Adnan Memmi "qucaqlaşma aksiyası" keçirdi

Almaniyanın Siegen şəhərində yaşayan Adnan Memmini 60 dəqiqədə 70 nəfər qucaqladı.

604063
Almaniyada yaşayan Adnan Memmi  "qucaqlaşma aksiyası" keçirdi

Almaniyanın Siegen şəhərində yaşayan Adnan Memmi müsəlmanlara qarşı mənfi  münasibəti dəyişmək üçün "qucaqlaşma aksiyası" keçirdi.
 
 Sieg cayı üzərindəki körpüdə 60 dəqiqə gözləyən Memmini 70 nəfər qucaqladı.
 
 35 yaşında, üç uşaq atası olan Adnan Memminin valideynləri  Monteneqrodandırlar.
 
 "Vətənim Almaniyadır" deyən Memmi bir gün yaşadığı Siegen şəhərindəki  supermarketin avtoparkında "bütün xaricilər terrorçudurlar" mübahisəsinin şahidi oldu.
 
 Mübahisəyə qatılmaq istədi, lakin ona "sən də terrorçusan" dedilər.
 
 Bu hadisə Adnan Memmiyə dərindən təsir etdi və o, "qucaqlaşma aksiyası"  keçirməyə qərar verdi.
 
 Bir karton parçasına: "Mən müsəlmanam, terrorçu deyiləm. Mən sənə inanıram. Sən də mənə inanırsansa, məni qucaqla" deyə yazdı.
 
 Sieg çayı üzərindəki körpüyə gedərək kartonu yanına qoydu və gözlərini bağlayıb gözləməyə başladı.
 
 Dəqiqələr ötdü, heç bir hərəkət olmadı.
 
 Hətta  "Bunu Sieg Çayına atmaq lazımdır" deyənlər oldu.
 
 Amma sonra işlər dəyişdi və insanlar gözləri bağlı olan Adnan Memmini qucaqlamağa başladılar.
 
 Körpüdə 60 dəqiqə dayandığını bildirən Memmi: "Bu 60 dəqiqə ərzində məni təxminən 70 nəfər qucaqladı" dedi.
 
 Qaçqın axını və terror hücumları səbəbilndən Almaniyada əcnəbilərə, müsəlmanlara baxışın mənfi istiqamətdə dəyişdiyini bildirən Adnan Memmi indi də yeni bir aksiya üzərində düşünür.



Әlaqәli Xәbәrlәr