Hindistanla  Pakistan arasında qarşılıqlı atəş nəticəsində 14 nəfər həlak oldu

Hindistan ilə Pakistan arasında sərhəd gərginliyi sentyabr ayında Hindistana sızan silahlı bir qrupun 19 hind əsgərini öldürməsindən sonra artmışdı.

601651
Hindistanla  Pakistan arasında qarşılıqlı atəş nəticəsində 14 nəfər həlak oldu

 Hindistan Pakistan tərəfindən haubitsalardan açılan atəş nəticəsində 8 nəfərin öldüyünü, çox sayda adamın yaralandığını bildirdi.
 
 Pakistan da Hindistan tərəfindən açılan atəş nəticəsində 6 mülki vətəndaşın öldüyü barədə xəbər yaydı.
 
 İslamabadda  Hindistan səfirliyinin qarşısında  etiraz aksiyası keçirildi.
 
 Hücumlarda 26 nəfər yaralandı.
 
 Hindistan ilə Pakistan arasında sərhəd gərginliyi sentyabr ayında Hindistana sızan silahlı bir qrupun 19 hind əsgərini öldürməsindən sonra artmışdı.
 
 Mütəxəssislər sərhəddə baş verən bu hadisələrin böyüyərək 2 ölkəni nüvə müharibəsinin astanasına gətirəcəyindən narahatdırlar.



Әlaqәli Xәbәrlәr