E.Blinken: "Türkiyənin ABŞ-dan daha böyük dostu yoxdur’’

ABŞ  dövlәt katibinin müavini  Entoni Blinken  Türkiyənin  Fetullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-dә hәyata keçirdiyi dövlәt çevrilişi cәhdindәn sonra  nələr hiss etdiyini anlaya bilmәdiklәrini   söylədi.

602042

Çıxışı zamanı  çevriliş cəhdini qiymәtlәndirәn E. Blinken: ‘‘Hәqiqәt budur ki, çoxumuz Türkiyәdә 15 iyul hadisәlәri ilә bağlı nәlәr hiss edildiyini tamamilә anlaya bilmәdik’’ dedi.

 Türk xalqının 15 İyulda qəhrəmancasına ölkəsinə və demokratiyasına sahib çıxdığını bildirən E. Blinken  çevriliş cәhdi çərçivəsində Türkiyəyə verdikləri dəstəyi bir daha dilə gətirdi.

Türkiyə ilə ABŞ-ın NATO müttəfiqləri  olduqlarını  xatırladan  E Blinken: "Türkiyənin ABŞ-dan daha böyük  dostu yoxdur. Müttəfiqi olaraq  Türkiyənin demokratik seçilmiş rəhbərliyini və qurumlarını dəstəkləməyə davam edəcəyik" deyә bildirdi.

Әlaqәli Xәbәrlәr